Bakıda bu ərazilərdə torpaq sahəsinin qiyməti 50 faiz artacaq — AÇIQLAMA

6-06-2025, 16:24           
Bakıda bu ərazilərdə torpaq sahəsinin qiyməti 50 faiz artacaq — AÇIQLAMA
“Ümumiyyətlə, Azərbaycanda elə ərazi olmayacaq ki, torpağın satış qiymətləri aşağı düşsün. Bütün ərazilərdə qiymətlər artacaq. Bakı şəhəri baş planında 2040-cı ilə uyğun olaraq yeni infrastruktur dəyişiklikləri baş verəcək alt mərkəzlər nəzərdə tutulub”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc deyib.

“Yəni, şəhərin mərkəzi və mərkəzə yaxın yerlərdə deyil, ucqarlara doğru getdikcə qiymətlər artacaq.

Ələt və Hövsan ərazisində təxminən 1.5 dəfə, yəni qiymətlərin 50% bahalaşacağı gözlənilir. Nərimanov rayonu ərazisində sürətli tikintilər aparıldığı üçün torpaq tapmaq çətinləşib. Bu da qiymətlərin 20-25% artacağını deməyə imkan verir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru