Əvvəl gömrükdə qayda pozdular – indi isə vergiyə 578 min borcları var

9-06-2025, 11:24           
Əvvəl gömrükdə qayda pozdular –
“AZ. OİL Production Company” MMC-nin vergiyə yarım milyon manatdan artıq borcu yaranıb.

XALQ xəbər verir ki, MMC-nin bu gün üçün vergiyə yaranmış borcu 578 min manatdır.
Daha əvvəldən gömrükdən gətirilən malların bəyan edilməsi zamanı da adı çəkilən MMC-nin qanun pozuntularına yol verdiyi müəyyən edilmişdi. Belə ki, MMC ölkəyə idxal etdikləri malları dəyərindən qat-qat aşağı göstərərək dövlət rüsumunu ödəməkdən yayınmağa çalışmışdı.
Qeyd edək ki, MMC-nin qanuni təmsilçisi Sadıqzadə Rüfət Kamal oğludur.
Nizamnamə kapitalı 20 manat olan MMC barəsində vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə bir neçə dəfə maliyyə sanksiyası tətbiq edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru