Bakı-Sumqayıt yolundakı yerüstü keçiddə piyadalar üçün CİDDİ TƏHLÜKƏ VİDEO
Bu gün, 12:28
Bakı-Sumqayıt magistral avtomobil yolunun üzərində yerləşən yerüstü piyada keçidi baxımsız vəziyyətdədir.
TEREF Xəzər TV-yə istinadən məlumat verir ki, sakinlərin sözlərinə görə, açıq qalmış naqillər piyadalar üçün ciddi təhlükə yaradır.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, keçiddəki bəzi dağıntılar və zədələnmələr sakinlərin özləri tərəfindən törədilib.