“SumPark” tikinti şirkətinin ərazisində faciə VİDEO
Bu gün, 00:05
Tikintidə işləyən fəhlə torpaq altında qalaraq ölüb.
Hadisə Sumqayıtda, “SumPark” tikinti şirkətinin ərazisində qeydə alınıb.
Məlumata görə, hadisə kanalizasiya xəttinin çəkilişi zamanı baş verib.
Fəhlə, 20 yaşlı Ariz Ağayarov torpaq sürüşməsi nəticəsində yaranan çökmənin altında qalaraq həyatını itirib. Əraziyə xilasedicilər çağırılsa da, artıq gec olub.
Hadisə ilə bağlı şirkətin mövqeyini öyrənmək üçün “SumPark” tikinti şirkətinin ofisinə müraciət etdik. Ofisdən bununla bağlı heç bir məlumat verilmədi. Prokurorluğun məlumatına görə, iyulun 22-də Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində tikinti işləri zamanı 2005-ci il təvəllüdlü Ariz Ağayarovun torpaq uçqununun altında qalaraq ölməsi faktı ilə bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.