“Viva Desserts” müştəriləri belə aldadır

Dünən, 09:16           
“Viva Desserts” müştəriləri belə aldadır
“Viva Desserts” müştərini yenə aldadıb.

TEREF Teleqraf.az-a istinadla xəbər verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna əsasən “Viva Desserts” MMC barəsində inzibati xəta protokolu tərtib edib.

Bildirilib ki, şirkət bir daha qida məhsulunu üzərində göstərilmiş qiymətdən baha satıb. Nəticədə sahibkar İnzibati Xətalar Məcəlləsinin 447.0.1.-ci bəndinə (Malın hesabına dair istehlakçıların az miqdarda aldadılması) uyğun olaraq xəta törədib.

Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə əsasən malın hesabına dair istehlakçıların az miqdarda aldadılmasına görə fiziki şəxslər 350 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə, hüquqi şəxslər isə 4000 manatdan 6000 manatadək məbləğdə cərimə edilir (“az miqdarda” dedikdə, 5000 manatdan yuxarı olmayan məbləğ başa düşülür).

Qeyd edək ki, şirkət barəsində ötən ay da eyni məzmunda iki inzibati xəta protokolu tərtib edilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru