Azərbaycanda hər 1000 nəfərə 1,2 mindən çox kredit düşür
7-06-2015, 06:08
2013-cü ildə Azərbaycanda əhalinin yetkinlik yaşına çatmış hər 1000 nəfərinin 1244 ədəd, 2014-cü ildə 1259, cari ilin I-ci rübün sonuna 1273 ədəd kredit və əmanət hesabı olub.
teref.aznun məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının 2015-ci ilin yanvar-mart aylarının nəticələri üzrə maliyyə sabitliyi icmalında deyilir.
İcmalda deyilir: "Banklar arasında rəqabətin artması, yeni artım drayverlərinin axtarışı istehlak kreditləri bazarında aktivliyin sürətli artmasına səbəb olub. İstehlak kreditlərinin müsbət makroiqtisadi və sosial təsirləri ilə yanaşı izafi borclanma ilə bağlı potensial riskləri də nəzərə almaq lazımdır. Bu vəziyyətdə Mərkəzi Bank istehlak kreditləri bazarının tənzimlənməsi və izafi borclanmanın qarşısının alınması məqsədilə preventiv tədbirlər həyata keçirib".
Nəticədə 2014-cü ildə istehlak kreditlərinin real artım tempi 20%-dək azalıb (müqayisə üçün 2013-cü ildə artım 38% olub). Belə ki, 2014-cü ildə avtomobil kreditləri 47%, digər istehlak kreditləri 40%, yaşayış sahəsinin tikintisi və kredit kartları müvafiq olaraq 23% və 24% azalıb.