"Araz" Supermarketlər Şəbəkəsində biabırçı mənzərə... - VİDEOLAR

14-11-2016, 15:28           
"Araz" Supermarketlər Şəbəkəsində biabırçı mənzərə... - VİDEOLAR
Bu gün bəzi dairələrin ölkə əhalisinin sağlı durumuna olan biganə, az qala düşmən münasibəti açıq şəkildə sezilməkdədir. Bu halı xüsusən də iaşə obyektlərində, müxtəlif xidmət yerlərində daha çox rast gəlirik, desək, yanılmarıq.

DİA.AZ bildirir ki, elə dünən sosial çəbəkələrdə yayılan videofaktlar da belə deməyə əsas yaradır ki, ortada cəza olmayanda SAĞLIQ DÜŞMƏNLƏRİNİN ayaqları da yer alır.

Aşağıda təqdim etdiyimiz videogörüntülər "Araz" Supermarketlər Şəbəkəsinin Bakı Dövlət Universitetinin yaxınlığında yerləşən filialında lentə alınıb.

Videolardan da görünür ki, əslində daha erkən xarab olmağa başlayan ət və ət məhsulları bu marketdə heç bir gigiyenik qaydalara riayət olunmadan saxlanılır. Bu da azmış kimi həm də marketin işçiləri ət məhsulları saxlanılan soyuducuları alıcıların gözləri qarşısında təmizləyirlər ki, bu da elə müştərilərin özlərində də ikrah hissi yaradır.

DİA.AZ olaraq həmin videoları təqdim edirik:
[media=https://www.youtube.com/watch?v=rRKwJAsnze0]
[media=https://www.youtube.com/watch?v=swRuGuODN2Q]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru