Fərhad Əliyev Ərdoğanın komandasında - ilginc

8-06-2015, 17:40           
Fərhad Əliyev Ərdoğanın komandasında - ilginc
Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev hazırda Türkiyədə yaşayır və Türkiyə prezidenti Ərdoğanın yaxın çevrəsindədir. Sabiq nazir Azərnaycan-Türkiyə münasibətlərində ciddi yer ala biləcək QHT yaratmağı planlaşdırılır və bu haqda mediaya məlumat veriləcək.

Sabiq nazirin Almaniyada sığınacaq alması barədə məlumatlar onun əleyhdarlarının şayiəsindən başqa bir şey deyil:

“Sadəcə F.Əliyev Almaniyada müalicə olunub. Sonra isə Türkiyəyə qayıdıb. Hazırda ailəsi ilə birlikdə Türkiyədədir. Azərbaycan hakimiyyəti ilə də münasibətləri çox yaxşıdır. İstənilən vaxt ölkəyə sərbəst şəkildə gedib gələ bilir. Heç bir məhdudiyyət yoxdur. Yaradacağı QHT də Azərbaycan hakimiyyəti ilə razılaşdırılıb. Qardaşı Rafiq Əliyev isə Moldova və Ruminiyada bizneslə məşğuldur. Onun da Azərbaycan hakimiyyəti ilə problemi yoxdur, istədiyi vaxt ölkəyə gelib-gedir”.

Bu barədə istiqlal.az-a sabiq nazirin ailəsinə yaxın mənbələrdən məlumat daxil olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru