QİYMƏT QALXDI,BƏS MÜAVİNƏTLƏR-KOMPENSASİYALAR ?
29-11-2016, 16:33

Hökumət əhalinin aztəminatlı hissəsinin kommunal və s. xidmətlər haqqını qaldırmaqda davam edir.Ədalət adına deyək ki,bu dəfə artım gecə vaxtına düşmədi,öncədən hansı tarixdə artırılmış tariflərin qüvvəyə minməsi bildirildi.Bəs əhalinin sosial müdafiəsi tədbirləri necə həyata keçirilir?Xatırladırıq ki,aztəminatlı ailələrin-əlillərin,köçkün-qaçqınların,pensiyaçıların xidmət haqqını ödəməkdən azad olmaları 2002-ci ildən ləğv edilərək,onlara aylıq müavinət kompensasiya ödənilməsi qərara alınıb və bu müavinətin hər il indeksasiya olunması nəzərdə tutulub.Di gəl...
Qarabağ ,20 Yanvar əlillərinə və digər kateqoriyadan olan bir sıra aztəminatlı şəxslərə ayrılan aylıq müavinətin-kompensasiyanın 26 manatlıq məbləği 15 ildir dəyişməz qalıb.Fikir verin,bu illər ərzində işıq,qaz,su,rabitə,nəqliyyat,tibbi xidmətlərin haqqı 10 dəfə(!??) qaldırılsa da,kompensasiyanı artırmaq yaddan çıxıb.Ümumi xəstəlik nəticəsində əlil olanların cəmi 4 manatlıq kompensasiyası da eləcə.Yalnız məcburi köçkünlərə kvota verilib və gözlənilən etirazlardan sığortalanmaq adına ilk illərdə məcburi köçkünlərə ayrılan adambaşına cəmi 3 manatlıq kompensasiyanın “Qaçqınkom”un hesabına keçirilməsi və bu hesabdan ödənişin edilməsi qərara alınıb.Qarabağ müharibəsi veteranlarına ayrılan 11 manatlıq kompensasiya (hazırda bu məbləğ 50 manat təşkil edir) 2006-cı ildən sosial müavinət,yəni sosial pensiya sayılıb və əmək pensiyası hüququ yaranan kimi pensiyaçılara verilməsi dayandırılıb.Bunun özü də pensiyaçı Qarabağ müharibəsi veteranlarının sosial müdafiəsizliyinə nədəndir.Fikir verin,xidmətdə olan əmək haqqı minlərlə manat olan Qarabağ veteranı general aylıq 50 manat kommunal və s. xidmətlər haqqı müavinət alır,amma pensiaysı 150 manat olan pensiyaçı veteran bir qəpik də almır.Baş-ayaq sosial siyasət budur.
Yəqin bu dəfəki astronomik artımdan sonra əhalinin sosial müdafiəsi də yada düşər...
Məğrur Bədəlsoy