Zaqatalada baş həkim sürücü QALMAQALI

18-06-2015, 10:56           
Zaqatalada baş həkim sürücü QALMAQALI
Zaqatala Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Leyla Seyidəliyeva sözügedən qurumun Ginekologiya şöbəsinin sürücüsü Anar Məmmədov tərəfindən məhkəməyə veriləcək.

Vertikal.az xəbər verir ki, bu barədə AzNews.az-a sürücünün özü məlumat verib.

A.Məmmədov baş həkimlə aralarında yaranan münaqişənin səbəbini belə izah edib:
"Mayın 16-da mənə xəstəxanadan zəng edib məzuniyyətdə olduğumu bildirdilər. Sözün düzü, bunu anlamadım, çünki məzuniyyətə çıxan şəxslə bağlı əmr olur və onun da bir nüsxəsi vətəndaşa verilir. 3 ildir ki, bu xəstəxanada işləyirəm, həmişə məzuniyyət müddətim bir ay olub. Bu dəfə isə 20 günlüyə çıxartdılar. Bunu da sonra bildim. İyun ayının əvvəlində mənə zəng etdilər ki, niyə işə çıxmırsınız? Deyirəm ki, axı mənə işə çıxmaq haqqında məlumat verilməyib. Ordan isə "Axı niyə deyilməlidir, gərək bilməlisən” cavabını verdilər. Bu səbəbdən məni qeyri-qanuni olaraq işdən çıxartdılar. Mən də baş həkimi bu qanunsuz hərəkətinə görə məhkəməyə verəcəyəm”.

A.Məmmədov baş həkimlə aralarında problemin olduğunu da gizlətməyib: "3 ildir ki, məni gözümçıxdıya salıb. Leyla xanım bizimlə ailə prinsipi aparır. Xəstəxananın qaraj müdiri qohumum idi, əvvəl onu işdən çıxartdı. İndi də mənə deyir ki, ərizə yaz, işdən çıx. "Yazmıram” deyəndə mənə qarşı təzyiqlər edir. O isə heç kəsdən qorxmadığını açıqca deyir: "Rayonun ağası mənəm, heç kimdən qorxmuram. Mənə heç kim heç nə edə bilməz”.

Xəstəxana sürücüsü bildirir ki, onun əlində L. Seyidəliyevanın maliyyə pozğunluğu ilə bağlı çoxlu faktlar var: "Bu faktlar araşdırılsa, o, qanun qarşısında cavab verməlidir. Mənə "Səndən xoşum gəlmir” deyir. Dəfələrlə onun zəngi əsasında DYP-nin işçiləri maşınımı cərimə meydançasına aparıb. Onun bu hərəkəti ilə bağlı Səhiyyə Nazirliyinə məlumat verəcəm”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.