Coratda satdıq torpaq qalmayıb

18-06-2015, 13:20           
Coratda satdıq torpaq qalmayıb
Sumqayıt şəhərinin tabeliyində olan Corat qəsəbəsinin sakinlərinin şikayəti neçə yüz illərdi yaşadıqları torpaqların, evlərinin sənədlərinin olmamasıdır. Corat qəsəbəsində qeydiyyatda olan olan Köhnə Corat qəsəbə sakinləri Zülfüqarov Nahidin,Zülfüqarova Solmazın,Zülfüqarova Xanımın,İsmayılov Firdovsinin əsas şikayəti keçmiş bələdiyyə sədrləri Tofiq Mahmudovdandır. Qəsəbə sakinlərinin Qafqaz Xəbər Agentliyinə dediyinə görə fəaliyyəti dövründə keçmiş bələdiyyə sədrinin Corat ərazisində satmadığı boş torpaq qalmayıb. Satdığı torpaqların da sənədləri olmayıb.Sakinlər həmçinin bildirdilər ki Corat qəsəbəsində 2000 -dən çox ailə yaşayır.Günü -gündən də sakinlərin sayı artır.Amma bu vaxta qədər Corat qəsəbəsinin plana düşəcəyi və yaşayış yerinin abad sənaye şəhərinə çevriləcəyi əsas tutularaq heç bir evə sənəd verilməyib.Təzə seçilən bələdiyyə sədrlərinin də hələ ki, üzünü görmədiklərini bildirir sakinlər:”Yeni seçilən bələdiyyə sədrimiz Salahova Könül də düzdür bələdiyyə sədri kimi fəaliyyətə yeni başlayıb ,amma hələki biz sakinlər onun hansısa bir problemimizin həllinə çalışıb can atdığını görmədik”.Sakinlərdən biri isə bildirdi ki :”Köhnə bələdiyyə sədrimizdən daha satmağa torpaq qalmayıb,yoxsa ki, təzə də başlayardı torpaq satmağa”.

Vəziyyət o həddə çatıb ki, sakinlər bələdiyyə sədrinin işinin yalnız və yalnız torpaq alıb satmaq olduğunu düşünürlər.Şikayətçilər qeyd edirlər ki: “Tofiq Mahmudovu da(keçmiş bələdiyyə sədri),Könül Salahovu da(indiki bələdiyyə sədri)fəaliyyətlərinin yalnız torpaq satmaqdan ibarət olduğunu görmüsük.Elə bunun üçün də bir neçə kənd ağsaqqalı ilə bələdiyyə sədrindən qəsəbəmizdə xeyir -şər yeri olmadığı üçün torpaq ayrılıb,məclis evi tikilməsini xahiş etdik.Çünkü qəsəbə ərazisi o qədər də kiçik deyil,sakinlərimiz də yetəri qədərdir. Cavabımızda isə boş torpaq sahəsi olmadığını bildirildi.Halbuki biz bu istəyimizi bildirəndə köhnə hamamın arxasında boş torpaq var idi.Bizim şikayətimizə baxmayaraq o ərazi də satıldı”. Problemlə tanış olduqdan sonra aidiyyəti qurumlara bir sualımız var .Doğrudanmı bələdiyyə sədrlərinin və nümayəndələrinin işi ancaq torpaq alıb satmaqdır?Əgər doğrudan da bu belədirsə məlumat verin ki, sakinlər də qəsəbənin problemləri üçün bələdiyyə sədrlərini narahat etməsinlər.Nə də olsa axı onlar “iş adamıdırlar”…












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.