Müəllimlər İnstitunun tələbəsinin intiharı ətrafında iyrənc oyun... - Qanı batırırlar...
19-06-2015, 12:57
Bu gün redaksiyamızın elektron poçtuna daxil olan bir məktubda Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialının tələbəsi Kənan Abdullayevin dəhşətli intiharı barədə qeydlərdə bildirilir ki, adı çəkilən "...Filialın Mətanət adlı direktoru Ağcabədi və Bərdə rayon Prokurorluqlarına çağrılıb, lakin direktor xanım bu intiharı başqa motivlə əlaqələndirilməsini istəyir... Hətta cinayət işinin istintaqı aparılan Bərdə rayon prokuror əvəzi Allahverdi Abuzərovu buna razı salınmaq üçün danışıqlara başlayıblar... Direktor intihar edən tələbənin valideynlərinə onun nə üstündə intihar etdiyini gizlətməyi, üstünə gəlməməyi xahiş edib. Valideynlərinə deyiblər ki, ifadəsində bildirsin ki, guya uşaq dinə meyilli olub və s.".
Hazırda qeyd olunanlarla bağlı Ağcabədi və Bərdə rayon Prokurorluqları ilə əlaqə saxlamağa çalışırıq. Əlavə məlumat veriləcək.
***
Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialının tələbəsi intihar edib. «Tezadlar.az» saytına verilən məlumata görə, intihar hadisəsi dünən baş verib. Tarix fakültəsinin tələbəsi Kənan Abdullayev özünü asaraq intihar edib. Əldə etdiyimiz məlumata görə, mərhum K.Abdullayev intihardan əvvəl məktub yazıb. O, məktubunda müəllimlərindən birinin ondan 100 manat rüşvət tələb etdiyini bildirib. Faktla bağlı filialın rəhbərliyinin münasibətini öyrənmək cəhdimiz hələlik alınmır. Ancaq hadisə ilə bağlı araşdırmamız davam edir. Bizi izləyin.
«Təzadlar»