65 000 manata avtomobil nömrəsi satışa çıxarıldı- Azərbaycanda+ FOTO

15-02-2017, 00:14           
65 000 manata avtomobil nömrəsi satışa çıxarıldı- Azərbaycanda+ FOTO
Azərbaycanın internet satış portallarından birində 65000 manata avtomobilin seriya nömrəsi satışa çıxarılıb.
Yerli internet portallarının birində 10-00-015 nömrəli dövlət qeydiyyat nişanının 65000 manata satışa çıxarılması ilə bağlı elan yerləşdirilib.

“Avtostop” verilişinin aparıcısı Tural Yusifov AzNews.az-a bildirib ki, əslində dünyada daha baha qiymətə avtomobil nömrələri də satılır.

“Məsələn, Səudiyyə Ərəbistanında kimsə nömrə almaq üçün 1 milyon dirhəm də ödəyir. Amma bu pulu dövlətə ödəyir, həmin nömrəni də dövlətdən alır.”

Tural Yusifovun sözlərinə görə, kiminsə öz avtomobilinin nömrəsini satması qanunsuzdur:

“Qanuni yolla belə bir satışı həyata keçirmək mümkün deyil. Kimsə öz avtomobilini sata bilər, dövlət qeydiyyat nişanı da üstündə. Yol hərəkəti haqqında qanunun 27-ci və 29-cu maddəsilə avtomobil satıla bilər, üzərində nömrə ilə. Amma mən nömrəni satıram, belə bir şey qanunla qadağandır.”/AzNews.az













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru