Bu tələbələr təhsil haqqından azad olundular - Nazirlikdən önəmli addım

22-02-2017, 16:40           
Bu tələbələr təhsil haqqından azad olundular - Nazirlikdən önəmli addım
Təhsil Nazirliyi sağlamlıq imkanları məhdud olan I və II qrup əlil tələbələri təhsil haqqından azad edib

TEREF.İNFO gununsesi.info-ya istinadən xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov sosial şəbəkədə yazıb. O bildirib ki, uzun illərdir ki, sağlamlıq imkanları məhdud uşaqların təhsili ilə yaxından məşğul olur: “Onların təhsil haqqını ödəyə bilməməsi və işlə təmin olunması ilə bağlı məsələni gündəmə gətirdim.

Bu zaman hörmətli millət vəkili Qənirə Paşayeva da məsələni diqqətdə saxladı və Təhsil Nazirliyi, başda nazir Mikayıl Cabbarov olmaqla həssaslıqla yanaşıb işlə təmin olunma problemini qısa müddətdə aradan qaldırdılar.

Bu gün Təhsil Nazirliyi daha böyük bir addım atdı. Qənirə xanım bir müddət əvvəl məndən sağlamlıq imkanları məhdud olan şagirdlərimin siyahısını istədi. Mən 15-ə qədər hazırda təhsil alan tələbələrin siyahısını təqdim etdim. Onların arasında dövlət universiteti ilə yanaşı özəl universitetdə təhsil alan tələbələr də var idi.

Bu gün həmin tələbələri oxuduqları universitetlərin rəhbərlikləri dəvət edib və onların hər birinə təhsil haqlarının Təhsil Nazirliyi tərəfindən ödənilməsi ilə bağlı ödəniş qəbzləri təqdim olunub”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru