Bu yazı “Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəylinin 56 yaşına

22-02-2017, 17:05           
Bu yazı “Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəylinin 56 yaşına
Bu yazı “Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəylinin 56 yaşına gecikmiş “dost təbriki” idi. Bu gecikməyə görəmi ,ya nədənsə “təbrikim” hələ də işıq üzü görməyib , “AZADLIQa çıxa bilməyib” .Yazımı “dustaq” etdiklərinə görə basındakı dostlarımdan da gileyliydim .Dünən - 21 fevral 2017-ci ildə Novruzun ilk su çərşənbəsi qutlamalarında Rövşən bəyin prokurorluqda dindirilməsi sorağı gəldi . İncidim .Prokurorluqdan yox , nədən buyruq quludur ,sifariş yerinə yetirir .Dost saydığım Rövşən bəydən incidim . Axı “yəhərli –yüyənli hara istəsə çapılmağa” hazır atını – dostunu niyə prokurorluğa “çapmayıb”? Dostluqdan silindim yoxsa ?
DOSTA GİLEY

Bizim nəsil dostcanlılığı ilə seçilib.Söz vaxtına çəkər,deyiblər.26 il öncə 20 Yanvar şəhidi İsrayılov Ağanəzər Araz oğlunun Şamaxıdakı dəfn mərasiminə getmişdik.Araz əmi bizi görcək o çağlar 7 il öncə dünyasını dəyişən dostu Cəlləd əmimi yadına salıb “Cəlləddən artıq olmayacaq ha” deyə hönkürərək özünəmi-bizəmi təskinlik verdiyini hələ də ayırd edə bilmədiyimiz sözlərlə dostunu oğlundan da çox istədiyini göstərmiş oldu.Hələ də o mənzərə gözlərim önündən getmir.
Dostluq çox çətin işdir,deyərdim savaşdan da çətindir.Savaş belədir ki,onsuz da bu yoldasan,gecə-gündüz bilmirsən.Yuxuya aldanıb özünü güdaza verə bilərsən.Dost çağırışına yuxudan ayılmasan,dostu qurban verərsən.Türk dədə-babalarımız deyib,dost dostun yəhərlənmiş atıdır.Yəhərlənmiş at isə gecə yarısı,dan üzü bilməz,hər an çapılmağa hazırdır.Dostluğa-yəhərlənmiş at olmağa hamı hazır ola bilərmi?
24 il öncə Qarabağ savaşında ürəyimin başında gəzdirdiyim iki əl qumbarası ən yaxın dostlarım idi.Ən çox qorxduğum əsir düşmək idi.Nədən düşmənin özəlliklə könüllü zabit əsirlərlə ləyaqətsiz davrandığından soraqlı idik. Ölümü əsirlik yaşamından gözəl sayırdıq.Ürəyimin başındakı o qumbaralar da elə əsir düşmə anında ürəyimi partlatmaqdan ötrü idi.1993-cü ilin Novruz bayramı günündə yanımda partlayan bombadan bir də qospitalda ayılmışam.Ayılan kimi “dostlarımı” axtarmışam və əl qumbaralarını həkimlərin təhvil verdiyini öyrənib sakitləşmişəm.Bunları niyə yada salıram?18 il sonranın 2011-ci ilin Novruz bayramı günlərində 39 dərəcə qızdırma içində yatdığım evdən 39-cu PB-nin 8 nəfər mülki geyimli əməkdaşı ayaqyalın,alt paltarında aparıb,qollarımı qandallayıb,Qarabağ əlili olduğuma görə aşağılayıb işgəncə vermələrinə,2 sutka ac-susuz saxlamalarına “dost”-silah yardımı tapmadım.Heç demə,silahlı xuliqanlıq maddəsilə axtarışda olmuşam.Vallah,elə durumda olmuşam ki,heç silah da yadıma düşməyib.Silahım olsaydı,bu “gestapoçulara” əsir düşməməkdən yana,özümü öldürərdim.Sonradan üzərimə polisə dirəniş maddəsini də qoyublar.Mən isə polisə yox,mülki geyimli polis adına ləkə salanlara var gücümlə dirəniş göstərdiyimi danmıram.Hamıya da məsləhət bilirəm ki,kimisə evindən məhkəmə qərarı olmadan aparırlarsa,dirəniş göstərsin.Konstitusiyanın 79-cu maddəsinə görə heç kəs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd vəzifələrin icrasına məcbur edilə bilməz.14.07.2014-cü ildə daxili işlər nazirinin qəbulunda olanda,nazir “əməliyyatdan” xəbərsiz olduğunu deyib elə əsəbiləşdi ki,işgəncə polislərinin cəzalanacağına əmin oldum.Lakin bu əminliyim 2 ilə yaxın keçdiyindən ölmək üzrədir.19 sentyabr 2016-cı ildə PA-nın qarşısında intihar çabamın qarşısını Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) əməkdaşları alıb və təcili yardım yerinə polisi yardıma çağırıblar.”Yardıma gələn” PPX sürücüsü XDMX-nın bəzi “xidmətçilərilə” birgə yaralı Qarabağ əlilini təpikləyib döyüb.Bununla da ürəyi soyumayan “gestapoçular” PPX maşınından qollarıma qandal keçirib 9-cu PB-yə aparıblar.Bölmə rəisi oğlumla dost olduğunu desə də,nə özü zəng edib , nə də özümə telefonu əlimdən almaqla evimə məlumat verməyə imkan verib.”Dost” belə olar eyy!...Ağır yaralı durumda 5 saat polis bölməsində saxlanılmışam.Hətta təcili yardıma da imkan verilməyib ki,görəvini görsün.Yalnız “dost” rəisin “yuxarılardan” icazəsindən sonra təcili yardım maşını yaralı Qarabağ əlilini 5 saylı xəstəxanaya aparıb.Növbətçi həkim İsgəndər İsgəndərov polislərin təzyiqilə tibbi xidmətdən imtina edib.Fikir verin,heç konslagerdə də belə faşistlik edilməyib! Hələ də bu faşistliyə “yuxarıdan” kimin göstəriş verdiyinə cavab ala bilməmişəm.Onu bilirəm ki,bunu edən çox aşağı səviyyəli birisi olub.Hələ də nə XDMX,nə də DİN bu faşistlik olayına reaksiya verməyib.Yəqin bu yol xəbərsiz olmalarını deyə bilməzlər.Faşizmlə barışmaqdansa,ölümlə dostluğu seçərdim.
Gücüm nəyə çatır?Füzuli babamız demiş,dərd çox,həmdərd yox.Dost bipərva,düşmən qəvi,tale zəbun.
Məğrur Bədəlsoy












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.