Goranboy təhsili-Biz dərs keçmirik,selfi çəkirik-VİDEO

22-02-2017, 22:34           

BakuPress Milli İnformasiya Agentliyi Xocalı soyqırımının anım günü ilə bağlı sorğumuz davam edir.Növbəti sorğumuz Goranboy rayon məktəbliləri arasında keçrilib. Ən utancverici vəziyyət odur ki,şagirdlər bu faciə haqqında heçnə bilmir,bilənlərdə şablon tarix əzbərləyib faciənin ağırlığını dərk etmirlər. Apardığımız sorğular zamanı şagirdlərin cavabları bizi dəhşətə gətirmişdir. Amma Goranboy şagirdlərinin Xocalı ilə bağlı sorğumuza cavabları isə bizi şoka saldı.Təbii ki,günah şagirdlərdə deyil müəllimlərdə və təhsil ocaqlarındadır.Məktəblilərin bəzilərinin maraqlı cavabları oldu.Şagirdlərdən biri Xocalıyla bağlı sorğumuza cavab verə bilmədikdə,biz müəllimlər sizə heçnə deməyib,dedik.Şagirdin maraqlı cavabı oldu,müəllim bizə dərs keçmir,biz dərsdə ancaq selfi çəkirik.Vallah hər şey eşitmişdim amma belə cavab eşitməmişdim.Xocalı soyqirımı sorğusu ilə Goranboy rayon icra hakimiyyətinə yaxınlaşdıq səlahiyyətli şəxslərlə görüşək və Xocalı ilə bağlı sorğumuzla tanış edək.Goranboy rayon hakimiyyətinin də cavabı şagirdin cavabı kimi bizi şoka saldı.Əvvəl icra hakimiyyətinin növbətçi hissəsindən rayon icra başçısının 1-ci müavini Elçin müəllimə zəng vurdular,Elçin müəllimin cavabı belə oldu ki,mənim vaxtım yoxdur 3-cü müavin Mirvari xanım məşğul olsun.Mirvari xanımla yenidən əlaqə saxladılar.Mirvari müəllimənin cavabı isə belə oldu: "Xocalı vaxtıdır indi mənim işim çoxdu Xocalıya vaxtım yoxdur."Goranboy rayon icra hakimiyyəti nə iş görür? Əfsuslar olsun ki,dindirsən bütün məktəblər facilərimiz haqqında formal xarakterli tədbir hesabatı verir.Görəsən onlar özümüz özümüzü aldatdığımızı dərk etmirlər?Xocalı soyqırımından hələki 25 il keçir,artıq unudulub.Gələcək nəsil bu faciəni nə anlayır nə dərk edir.Bu gün bu gələcəklə dünyaya erməni vəhşiliyini necə sübut edə bilərik?BakuPress Milli Informasiya Agentliyinin məqsədi uşaqlar və yeniyetmələrin Xocalı soyqırımını unutmamaqdır.Xocalını unutmamalı və unutdurmamalıyıq...Videomateralı sizə təqdim edirik:
[media=https://www.youtube.com/watch?v=uSz5bvejbGY]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.