"Qış imtahan sessiyası ilə əlaqədar müraciətlər daxil olub" - Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi

23-02-2017, 13:39           
"Qış imtahan sessiyası ilə əlaqədar müraciətlər daxil olub" - Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi
Universitet və kolleclərdə keçirilən 2017-ci ilin qış imtahan sessiyası ilə əlaqədar Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciətlər daxil olub.
Bunu "Report"a açıqlamasında Baş prokurorun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.
K.Əliyev bildirib ki, bu istiqamətdə araşdırmalar aparılır: "Araşdırmalar zamanı görsək ki, həmin müraciətlər realdır və qanunvericiliyin tələblərinə uyğundur, o zaman tədbir görüləcək. Bir neçə gün öncə, Gəncə şəhərində yerləşən Gəncə Musiqi Kollecində tələbələrdən müsbət qiymətlərin alınması üçün pul yığılması barədə daxil olmuş müraciətə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində baxıldı və tədbir görüldü".
K.Əliyev qeyd edib ki, digər sahələr üzrə də idarəyə şikayətlər daxil olub: "Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi məlumatları ildə iki dəfə açıqlayır. Bizə daxil olan məlumatlar diqqətlə araşdırılır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru