Qazax sakinindən DYP-sinin əməllərindən şikayəti - ŞİKAYƏT

24-02-2017, 17:46           

teref.az-nun elektron poçtuna Azərbaycan Respublikası Baş Dövlət Yol Polis İdarəsinin rəisi, general Ramiz Zeynalova ünvanlanan Qazax sakin Süleymanov İlham Rəhim oğlu tərəfindən ünvanlanmış şikayətin bir nüsxəsi daxil olub. Şikyəti sizə təqdim edirik:
Azərbaycan Respublikası Baş Dövlət Yol Polis
İdarəsinin rəisi, cənab Ramiz Zeynalova
Qazax rayon sakini Süleymanov İlham Rəhim oğlu tərəfin-
dən

M Ə L U M A T .

Cənab general!
Sizin həmişə dövlət yol müfəttişlərinə tapşırığınız belə olub ki, “onlar vəzifəsindən sui istifadə edərək sadə camaatı əbəs yerə incitməsinlər. Əvvəlcə, özləri qanun çərçivəsində işləsinlər, sonra da həmin qanunu millətdən tələb etsinlər. Təəssüflər olsun ki, Sizin tapşırıq və tövsiyyələrinizə əməl etməyən yol polis işçiləri günbəgün azalmaq əvəzinə daha da artır.
Bir həqiqət kimi onu demək istəyirəm ki, Şəmkir - Qırmızı Körpü istiqamətində fəaliyyət göstərən 9-cu tağım yol polis xidmətinin əməkdaşları özləri yol-hərəkət qaydalarını tez-tez pozur, ərazidən kənara çıxmaqla özbaşınalıq edirlər. Mən həmişə “trasa” baxan YPX əməkdaşlarını Qazax şəhərinin içərisində görürəm. Onlar sanki şəhər “qailəridir” . Bu hərəkətləri iə özlərin reklam edirlər.
Elə bu gün də, yəni 23 fevral 2017-ci il, səhər saat 08:45-də qanunu pozaraq tras QAİ-nin Qazax şəhər ərazisində minik maşınlarını saxlayaraq reyd aparmasının şahidi oldum. Mən həmin hadisəni təsdiqləmək üçün şəklini də lentə almışam. Onu da Sİzə təqdim edirəm.
Cənab general, öyrəndim ki, (şəklidən də görünür) həmin 10 YP 901 Dövlət nömrə nişanlı QAİ maşınının sürücüsü 9-cu tağımın çavuşu Arif İmranovdur.
Arif İmranovun belə hərəkətinə rəvac verən 9-cu alayın komandiri, kapitan Aqil Məmmədovdur. Həmin komandir yerində deyil ki, Arif İmranov bü cür hərəkətlərə yol verib.
Bu barədə 9-cu alayın tabeçilyində olan ərazidə yaşayanların haqlı şikayətləri də vardır.
Odur ki, deilənləri nəzərə alaraq işində səhlənkarlığa yol verən, vəzifəsindən sui istifadə edən Arif İmranov kimilərinə qarşı son sözünüzü deməyinizi xahiş edirəm.
Diqqətinizə görə minnətdaram.

İmza: /İ. Süleymanov/
Qarşı tərəfin fikirlərini yayımlamağa hazırıq!
teref.az














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.