Bu şantajçını siz də tanıyın: Jurnalist adı altında vətəndaşları və məmurları belə şantaj edir- VIDEO

27-02-2017, 20:13           
Bu şantajçını siz də tanıyın: Jurnalist adı altında vətəndaşları və məmurları belə şantaj edir- VIDEO
O, ayrı-ayrı şəxslərin barəsində saytlarda rüsvayedici məlumatlar yayaraq, hədə-qorxu yolu ilə pul tələb edir.

Bu barədə «Sonolay.org» saytına müfəssəl məlumatlar daxil olub.

«Sonolay.org» saytı xatırladır ki, son aylar bir neçə reketçiliklə məşğul olan şantajçı jurnalistlərin və eləcə də onların himayəsi altında jurnalist adı ilə vətəndaşları və ayrı-ayrı şəxsləri şantaj etməklə məşğul olan bir neçə reket jurnalistlər Dövlət Təhlükəsizlik Xidmətinin keçirdikləri əməliyyatlar nəticəsində tutuqlaraq istintaqa cəll oldular. Onlar əvvəlcə məqsədli şəkildə- tamah məqsədi ilə vəzifəli şəxsləri barələrində rüsvayedici materiallar yayacaqları ilə hədələyib onlardan rüşvət tələb edirmişlər. DTX-nin şantaşçı jurnalistlərlə bağlı apardığı əməliyyatlar zamanı ələ keçməyən və hələ də istintaqa cəlb olunmayan jurnalist adı altında vətəndaşları və ayrı-ayrı şəxsləri şantaj edərək, hədə-qorxu yolu ilə pul tələb edən şəxslərdə var.
[media=https://www.youtube.com/watch?v=pmS2lgrOs7g]
Bu günlərdə redaksiyamızın apardığı araşdırmalar zamanı məlum olub ki, İsmayıl Nəsirov (əvvəllər məhkum olmuş) Beyləqan rayonunda idarə müdirlərini və ayrıı-ayrı şəxsləri şantaj edərək, onların barəsində rüsvayedici məlumatları yaymaqla rüşət tələb edir. Məlum olub ki, o, əvvəlcə həmin rüsvayedici məlumatları ayrı-ayrı saytlara ötürərək ictimailəşdirdikdən sonradan, həmin məlumatların saytlardan çıxarılması üçün pul tələb edirmiş.

Beyləqandan İsmayıl Nəsirovla(Şasevənli) bağlı Sonolay.org-a daxil olan məlumatlarda bildirilir ki, onun bu şantajlarından zərər çəkənlərdən biri də Beyləqanda hər kəsin hörmət etdiyi ziyalı ailələrindəndir. İsmayıl Nəsirov həmin ailə barəsində müxtəlif saytlarda “BEYLƏQAN MƏKTƏBİNDƏ RƏZALƏT: MÜƏLLİMƏ ŞAGİRDİNDƏN HAMİLƏ QALDI” rüsvayedici məlumatlar yayıb. Sonradan isə həmin məlumatların saytlardan çıxarılması üçün 200 manat pul tələb edib. Qeyd edək ki, İsmayıl Nəsirovun (Şasevənli)Novruz Əhmədovdan 200 manat tələb etməsi və bundan sonra rüsvayedici yazıların sayıtdan çıxarılması haqqında danışığını əks etdirə səs yazısı redaksiyamıza təqdim olunub. Həmin səs yazısından da məlum olur ki, İsmayıl Nəsirov Novruz Əhmədovla telefonla danışarkən həmin yazıların onun özü tərəfindən yazıldığını etiraf edir, lakin onların saytdan çıxarması üçün N. Əhmədovdan 200 manat pul tələb edir. Ancaq tələb olunan 200 manatı nəğd pul kimi deyil, mobil telefon nömürəsinə kontur kimi yüklənməsini bildirir.

Sonolay.org –un araşdırmaları zamanı məlum olub ki, faktiki İsmayıl Nəsirov həbsdəki şantajçı reketçilərin başçılıq etdikləri birgə mütəşəkkil qrupun bayırda qalan üzvlərindəndir. Onun bu işdə mediada köməkçiləridə var.
P.S. Həmin dinləmədə İsmayıl Nəsirov barsində cinayət işinin açılması üçün Cinayət Məcəlləsinin 182.2 –ci (hədə qorxu yolu ilə tələb etmə) maddəsinin əsasları var. Elə bu səbəbdən də redaksiyamıza təqdim olunan səs yazıları həftənin ilk iş günü Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə, Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa göndəriləcəkdir.
teref.az oaraq qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.