DSX-dən hamilə ikən ölən ilk pilot qadın Dilarə haqda - Videoçar

3-03-2017, 22:22           

36 həftəlik hamilə olan qadın tibbi müdaxiləyə baxmayaraq vəfat edib
Dövlət Sərhəd Xidməti (DSX) ilk sərhədçi qadın pilot Dilarə Babayevanın xatirəsinə həsr olunmuş videoçarx hazırlayıb. Avtosfer.az-ın məlumatına görə, mərhum pilotun xidmətini əks etdirən videoçarx DSX-nin yutub səhifəsində yerləşdirilib. DSX-nin Aviasiya Dəstəsinin ilk qadın pilotu olan D. Babayeva xidmət dövründə DSX rəhbərliyi tərəfindən təltif olunub. O, Mi-17 helikopterini idarə edib.
Qeyd edək ki, Baş leytenant D.Babayeva 2016-cı ilin avqust ayında dünyasını dəyişib. Dilarə zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib və 36 həftəlik hamilə olan qadın tibbi müdaxiləyə baxmayaraq vəfat edib. Onun bətnindəki körpəsi də tələf olub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru