Keyfiyyətsiz xidmət göstərən provayderlər ləğv ediləcək

5-03-2017, 01:01           

Azərbaycanda internet xidməti göstərən operatorlar və provayderlərə daha ciddi qaydada nəzarət ediləcək.

Xezerxeber.az məlumat verir ki, məqəsəd həm internetdə təhlükəsizliyi təmin etmək, həm də vətəndaşlara keyfiyyətli xidmət göstərməyən şirkətlərin cərimələnməsidir. Qaydalara əməl etməyən provayderlər hətta ləğv edilə bilər. Bunun üçün "Telekommunikasiya haqqinda" qanuna dəyişikliklər edilir.

Vətəndaşları aldadan, onlara onlara müqviləyə uyqun internet xidməti göstərməyən opertorlar və provayderlərə daha ciddi qaydada nəzarət ediləcək. Qaydalara əməl etməyən və vətəndaşları aldadan şirkətlər sərt şəkildə cəzalandırılacaq.

Qanuna ediləcək dəyişikliyə əsasən, provayderlərdən hər hansı biri ölkə ərazisində yeni qurğu quraşdırdıqda onun barəsində mütləq məlumat verməli, qeydiyyata aldırmalıdır. Eyni zamanda, yeni dəyişikliklər sayəsində internetdən istifadəyə nəzarət də gücləndiriləcək.

Qanuna ediləcək dəyişikliyə əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnalogiyalar Nazirliyi tərəfindən sözügedən qaydaları pozan provayderlərin fəaliyyəti pozuntu aşkar olduğu andan məhkəmə qərarı verilənə günə kimi dayandırıla bilər. Qanuna ediləcək dəyişikliklər martın 7 də keçiriləcək Milli Məclisin plenar iclasında müzakirə ediləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru