Dollar ucuzlaşır, bəs ərzaqların qiyməti niyə düşmür?

5-03-2017, 01:09           

Son bir neçə gündür dolların məzənnəsi 1.75 səviyyəsində qalsa da bu ölkədə ciddi qiymət enişinə səbəb olmadı.

Mütəxəssislər bildirirlər ki, manatın ucuzlaşması nəticəsində yaranan ərzaq bahalaşması düşən məzənnədən sonra azalmalı idi. İqtisadçı Vüqar Bayramov hesab edir ki, idxal olunan malların qiymətinin enməməsi və ya enidirlməməsi təəccüb doğurur.

"Əvvəlki, günlərdə anbarlarda məhsulların olması bəhanə gətirilirdisə artıq bu arqument də işləmir. Digər tərəfdən, xeyli sayda ərzaq məhsullarının saxlama müddəti günlərlə ölçülür. Maraqlıdır ki, dollar manata nisbətən möhkəmlənən zaman məhsulların qiymətinin artıran sahibkarlar indi nədənsə qiyməti aşağı salmaq haqda düşünmürlər"

Vüqar Bayramov mart ayının bayramlar ayı olduğunu da nəzərə alsaq sahibkarların qiymət endirimlərində maraqlı olmayacağını deyir, o hətta əksinə əvvəlki illərin təcrübəsinə əsaslanaraq artımı müşahidə ediləcəyini proqnozlaşdırır. Ekspertin fikrincə, bazar qaydaları çərçivəsində qiymət monitorinqlərin gücləndirilməsinə ehtiyac var ki, qiymət azalmaları gözləyən istehlakçılar əksinə yeni qiymət artımları ilə üzləşməsinlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru