Tərtərdə heyvanlar niyə tələf olub? - açıqlama

5-03-2017, 01:13           

Tərtər rayonunda xırdabuynuzlu heyvanların tələfolma səbəbləri müəyyən edilib.

"Qaynar"a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən (DBNX) daxil olan məlumata görə, baytarlıq mütəxəssislərindən ibarət qrup aparılan araşdırmalar zamanı rayonun təsərrüfatlarında iddia olunduğu kimi 500 baş yox, yanvar ayından bu günə kimi bütün yaşayış məntəqələri üzrə cəmi 97 baş xırdabuynuzlu heyvanın iti fassilyoz (qaraciyər qurdu), diktikaulyoz və digər yoluxmayan terapevtik xəstəliklərdən tələf olması müəyyən edilib.

Eləcə də müəyyən olunub ki, baxım şəraitinin zəif olması xırdabuynuzlu heyvanların tələf olmasına gətirib çıxarıb. Tərtər rayonunda yoluxucu xəstəliklərdən xırdabuynuzlu heyvanların kütləvi tələf olması halları qeydə alınmamış və epizootik vəziyyət sabit olub.

Baytarlıq mütəxəssisləri tələf olmuş xırdabuynuzlu heyvanlarda patoloji yarma aparmış və yarma zamanı heyvanların qaraciyərində iti fassilyozun (qaraciyər qurdu) süfrələri və ağciyərində isə diktikaulyoz qurdları aşkar olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.