Davud Bağırovdan təkzib: "Absurddur..."

9-03-2017, 09:43           

07.03.2017-i ildə AFN-də dərc olunan "Hicran Hüseynovanın adı uşaq oğurluğunda- ŞOK İTTİHAMLAR" sərlövhəli məqaləyə qarşı tərəfdən reaksiya gəlib.

Həmin yazı ilə BU LİNKDƏ tanış ola bilərsiz:
http://teref.az/manset/46570-hicran-huseynovanin-adi-ushaq-ogurlugunda-shok-tthamlar.html

Qırğızıstan Respublikası vətəndaşı Merim Beishekeyevanın nümayəndəsi Abdulla Əfəndizadənin təqdim etdiyi sənədlər əsasında hazırlanan yazıda söhbət qadının keçmiş həyat yoldaşı Davud Zöhrab oğlu Bağırovun övladları Ceyla Bağırovanı Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana gətirməsindən gedirdi. Merim Beishekeyeva övladının keçmiş həyat yoldaşı tərəfindən oğurlandığını iddia edirdi.

Yazı dərc ediləndən sonra D.Bağırovun vəkili Azər Quliyev redakisyamıza müvəkkilinin mövqeyini ifadə edən müraciət təqdim edib. Həmin müraciətdə deyilir: “Qeyd edirəm ki, bu məlumatların heç bir əsası yoxdur və böhtandır. Bununla bağlı xüsusi ittiham qaydasında tərəfimdən tezliklə məhkəməyə müraciət olunacaqdır. Tərəf və nümayəndəsi mənim və qohumlarımın barəsində böhtan dolu informasiyanı verməklə aramızdakı uşaqla bağlı məhkəmə mübahisəsində mənə təsir etmək məqsədini güdürlər. Mənim öz uşağımı oğurlamağım barədə ittiham absurddur.

Bildirirəm ki, 2011-ci ildə Qırğızıstan Respublikası vətəndaşı Merim Beishekeyeva il rəsmi nikaha girməklə ailə həyatı qurmuşam. Həmin ərəfədə biz Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində yaşamışıq. Birgə nikahımızdan 2012-ci ildə ABŞ-nın Nyu-York şəhərində Ceyla Bağırova adlı bir qızımız dünyaya gəlib. 2015-ci ildə Merim Beishekeyeva ilə müəyyən problemlərin yaranması, onun uşağımıza qarşı etinasızlığı, həmçinin yüngül həyat tərzi keçirməsi səbəbindən münasibətlərimiz tamam pisləşdi. Boşanma işimizə Dubay məhkəməsində baxılması ləngidiyindən, həm də onun ailəmizə xəyanətini aşkar etdiyimdən uşağımı da götürüb ölkəmizə gəldim. Gəldikdən sonra Bakı şəhər Səbail rayon məhkəməsinə “nikahımızın pozulması və uşağımızın mənim himayəmdə saxlanması” haqda iddia ərizəsi verdim. Məhkəmənin 28.04.2016-cı il tarixli qətnaməsi ilə nikahımız pozuldu və uşağımız mənim himayəmdə saxlandı. Məhkəmənin 28.04.2016-cı il tarixli qətnaməsi qanuni qüvvəyə minib. Onu da qeyd edirəm ki, uşağımızın mənimlə qaldığı müddət ərzində və ondan əvvəl də anası Merim qətiyyən uşağımızla maraqlanmamış, özü üçün yaşamışdır.

Bu ilin fevral ayında Merim Beishekeyeva Azərbaycana gəlib və Abdulla Əfəndizadəni nümayəndə tutaraq, mənə qarşı Səbayel rayon Məhkəməsinə “uşaqla ünsiyyət hüququnun həyata keçirilməsinə dair” iddia ərizəsi verib. Bununla yanaşı Merim Beishekeyeva və nümayəndəsi Abdulla Əfəndizadə şantaj, hədə-qorxu dolu və həqiqətə uyğun olmayan böhtan yazıları müxtəlif instansiyalara göndərməklə açıq-aşkar qanunsuz hərəkətlərə yol veriblər və bu hərəkətlərini davam etdirirlər. Hesab edirəm ki, aramızdakı məhkəmə mübahisəsində mənə təsir etmək məqsədilə bu şantaj hərəkətlərini edirlər. Eyni zamanda mənimlə bərabər bacımı, anamı və digər dövlət orqanının rəhbərlərinin barəsində də həqiqətə uyğun olmayan böhtan xarakterli məlumatları müxtəlif orqana yazmaqda davam edirlər.

Onların redaksiyanıza təqdim etdiyi məlumatları birmənalı olaraq inkar edirəm və hesab edirəm ki, bu böhtanlara görə qarşı tərəf məhkəmədə cavab verməli olacaqdır. Əllərində nə sübutlan varsa buyurub məhkəməyə təqdim edə bilərlər. Qeyd etdiyim kimi bütün bu hədə-qorxu, şantaj və böhtanların bir məqsədi var -mənə qanunsuz, ifşaedici üsulla təsir etsinlər ki, mən də bu şantajlardan qorxub onların uşaqla bağlı tələblərinə razılıq verim. Hesab edirəm ki, aramızdakı mübahisə mülki xarakterlidir və bu mübahisyə, onun böhtanlarına məhkəmə müvafiq qiymət verəcəkdir”.

P.S. AFN olaraq araşdırma aparırıq və yaxın günlərdə məsələ ilə bağlı yeni məlumatlar, həmçinin Merim Beishekeyevanın müsahibəsini dərc edəcəyik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.