Rusiya dərmanı Azərbaycanda saxtalaşdırıldı- "Zeytun" və "Qlükoza" apteklərində satılır

9-03-2017, 21:46           

"Azad İstehlakçılar"İctimayi Birliyinə (AİİB)həkimlərdən,keyfiyyətsiz dərmanlardan şikayətlər aramsız davam edir. Dövlət orqanlarına göndərdiyimiz bu sahədən olan şikayətlər tam nəticəsiz qalır.


AFN xəbər verir ki, bu barədə “Azad İstehlakçılar”İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib. Onun sözlərinə görə, daha bir müraciət Nəsirli Akif Sovet oğlu (tanınmış jurnalist Akif Nəsirli) tərəfindən ünvanlanıb. Müraciətdə bildirilir:

2016-cı ilin sentyabrında həkim müayinəsi zamanı məlum oldu ki, görmə qabiliyyətimin surətlə azalmasına səbəb orqanizmində olan “herpes” virusudur. Ona görə də mənə həkim tərəfindən “Aceyclovir” tabletka təyin olundu ki, orqanizmindən “herpes” virusunun faizi aşağı düşsün, bununla da gözümdəki “herpes gepatiti”ni müalicə etmək mümkün olsun. Beləliklə, mən 06 sentyabr 2016-cı il tarixdən 06 mart 2017-ci il tarixədək Rusiya İstehsalı olan «Ацикловир-АКОС» istehsalçı ОАО «Синтез» г.Курган tabletkasını sutkalıq 400mm olmaqla qəbul etmişəm. Həkimin qənaətinə görə, bu qədər dərman qəbul etməklə məndə "herpes" virusu olmamalı idi. Qeyd edirəm ki, dərmanın içliyində Azərbaycan dilində məlumat yoxdur.
06.03.2017 tarixdə qeyd olunan dərmanı müntəzəm qəbul etməyimə baxmayaraq, müayinə zamanı qanımda virusun azalmadığı bilindi. Həkimin məsləhəti ilə qeyd olunan dərmanın Rusiya bazarından alınmış analoqunu eyni doza ilə 4 gün qəbul etdim, həkim müayinəsi zamanı məlum oldu ki, Rusiya bazarından alınmış dərman tam müsbət təsirini göstərir. Bu fakt məni şübhələndirir ki, ”Zeytun” və “Qlükoza” apteklərindən aldığım qeyd olunan dərman saxtadır və dövlət qeydiyyatından keçməmişdir. Dövlət tərəfindən dərmanların qiymətinin tənzimlənməsinə baxmayaraq, bu dərmanın mən istifadə etdiyim 200mm variantı 0.92 manat Kipr istehsalı olan 400mm dozalığı isə 30manata satılır. Belə çıxır ki, kasıb insanlar Azərbaycanda saxta dərmanlar almağa məhkumdur.
Qeyd edim ki, 6-7 ay ərzində aldığım həmin dərmanın mən bilmədən təsiri olmadığına görə gözümü qorumaq üçün (bu virus gözdə yara açır)m əcbur olub müxtəlif həkimlərə müraciət edib çoxsaylı dərmanlar qəbul etmişəm. Bunun üçün 2000(iki min) AZN-dən çox pul xərcləmişəm. Aydındır ki, sağlamlığıma da ciddi ziyan dəymişdir.
Xahiş edirəm, mənim istehlakçı hüququmu qoruyasınız, saxta dərmanı Azərbaycana gətirən şəxs tərəfindən mənə dəymiş 2000 (iki min) AZN zərər ödənilsin, bu dərmanlar ölkə bazarlarından yığışdırılsın. Ərizənin məzmunu dövlət orqanlarına və KİV-ə çatdırılsın.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.