"Azərsun Holdinq" Fazil Məmmədova müraciət edib - vergi yükünün azaldılması ilə bağlı

10-03-2017, 14:16           
"Azərsun Holdinq" Fazil Məmmədova müraciət edib - vergi yükünün azaldılması ilə bağlı
“İstehsal üçün ölkəyə gətirilən xammal və materialların vergidən azad edilməsi yaxşı olardı”. “APA-Economics” xəbər verir ki, bunu Azərbaycanda Amerika Tticarət Palatası (“AmCham-Azerbaijan”) və Vergilər Nazirliyinin birgə təşkil etdiyi “Şəffaflığa doğru birlikdə” mövzusunda keçirilən vergi konfransında vergilər naziri Fazil Məmmədova müraciətində “Azərsun Holdinq” MMC-nin baş icraçı direktoru Savaş Uzan deyib.

S. Uzan çıxışında respublikada istehsal olunan malların rəqabətədavamlılığı üçün eyni adda idxal olunan hazır məhsullara vergi tətbiq olunması, xüsusilə digər məhsullarla müqayisədə kənd təsərüfatı mallarına tətbiq olunan ƏDV üzrə vergilərin differensiallaşdırılmasını istəyib: “Kənd təsərrüfatı mallarının istehsalı və satışında vegi tənzimləmələrinə yenidən baxılması yaxşı olardı. Bundan başqa, qanunlar qəbul olunmazdan öncə yalnız “AmCham-Azerbaijan” nümayəndələri ilə deyil, o cümlədən kiçik və orta sahibkarlıq subyektləri ilə də müzakirələr aparılsaydı yaxşı olardı. Beləliklə, kiçik və orta sahibkarlıq subyektləri də bu sistemə inteqrasiya olunacaq. Çünki onlar sistemə nə qədər tez inteqrasiya olunarsa, bizim də üzləşdiyimiz çətinliklər daha tez həll olunar. Eyni zamanda, qanunlar çıxmazdan əvvəl biz sahibkarların da bu qanunlara uyğunlaşması yaxşı olardı. Biz işlərimizi buna uyğun tənzimləməliyik. Başqa sözlə, bunun üçün biə təxminən 2-3 ay vaxt lazım olur. Çünki qanunların əhatə dairəsi genişdir. Onlara uyğunlaşmaq üçün şirkətlərə müəyyən vaxt verilsə, şəffaflığın təmin olunması baxımından müsbət nəticələr əldə etmək olar”.

S. Uzan, həmçinin əmək haqları ilə bağlı vergi yükünün azaldılması şəffaflığın artmasına və insanların sistemə daha tez inteqrasiyasına səbəb olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru