İcra başçısının satdığı ərazidə ağaclar kəsilir - Sakinlər etiraza qalxdı - VİDEO

10-03-2017, 20:08           
İcra başçısının satdığı ərazidə ağaclar kəsilir - Sakinlər etiraza qalxdı - VİDEO
Binəqədi rayonu 9-cu mikrorayon Mircəlal Əliyev küçəsi 41 ünvanında sakinlərlə tikinti şirkəti rəsmiləri arasında qarşıdurma yaşanıb. Gundeminfo.az xəbər verir ki, bu barədə azxeber.com-a sakinlər məlumat verib. Onların sözlərinə görə, qarşıdurmaya səbəb "Kristal S” tikinti şirkətinin rəsmilərinin bu ərazidə ağacları kəsərək yerində bina inşa etmək istəməsidir.

Binəqədi Rayon İcra Hakimiyyətinin razılığı ilə satılan ərazinin üzərində çoxlu sayda yaşıllıq olması ilə yanaşı, ərazidə bir neçə mikrorayonu su ilə təmin edən anbar da yerləşir.

Tikintini həyata keçirmək istəyən şirkət rəsmilərinə imkan verməyəcəklərini söyləyən sakinlər bununla yaşıllığın məhv ediləcəyini iddia edirlər. Əraziyə PPX əməkdaşları cəlb edilib.
[media=https://www.youtube.com/watch?v=cKNNI2STzaY]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru