“Qanunsuz 100 milyon çıxarılıb...” - Nazirdən şok rəqəm

10-03-2017, 22:52           
“Qanunsuz 100 milyon çıxarılıb...” - Nazirdən şok rəqəm
"Ötən dövr ərzində qanunsuz yolla banklardan 100 milyon manatdan çox vəsait çıxarılıb. Bu da şirkətlərin nə qədər vəsait nağdlaşdırması barədə bankların hesabat verməli olduğunun vacibliyini göstərir".

Bu sözləri Vergilər naziri Fazil Məmmədov Amerika Ticarət Palatası ilə birlikdə təşkil olunmuş "Şəffaflığa doğru birlikdə" adlı vergi konfransında deyib. O, 1%-lik nağdlaşdırma vergisinin banklara nəzarət funksiyası daşıdığını qeyd edib.

Nazir bu 1 faizin nə vergi daxilolmalarına, nə də biznes mühitinə əhəmiyyətli təsir göstərdiyini qeyd edib.

Fazil Məmmədov həmçinin vergi sistemində aparılmış islahatlara da toxunub və deyib ki, vergi ödəyiciləri ilə yeni sistem və prinsiplərlə işlənilməsi nəzərdə tutulur.

Nazir vergi ödəyicilərinin də şəffaf fəaliyyət göstərməli olduğunu vurğulayıb.(Xezerxeber.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.