Hadı Rəcəblinin oğlu dövlətdən 12 min manat yardım aldı

11-03-2017, 10:33           
Hadı Rəcəblinin oğlu dövlətdən 12 min manat yardım aldı
Xəbər verdiyimiz kimi QHT-lərə Dövlət Dəstəyi Şurası 2017-ci il üçün birinci qrant müsabiqəsinin nəticələrini açıqlayıb

Azərbaycan 24 xəbər verir ki, şuranın rəsmi saytında yer alan siyahıda hər zaman olduğu kimi bu dəfə də bir çox məmur və ictimai şəxslərin özləri və ya yaxınlarının adına olan təşkilatlara maliyyə ayrılması da öz əksini tapıb.

Siyahıda diqqət çəkən şəxslərdən biri millət vəkili Hadı Rəcəblinin oğludur. Qrant müsabiqəsinə əsasən Tural Rəcəblinin adına rəsmiləşdirilən "Azərbaycan Milli Avtomobil Klubu”na 12 min AZN vəsaitin ödənilməsinə qərar verilib.

Qeyd edək ki, adıçəkilən təşkilat Tural və Vüsal Rəcəbli qardaşları tərəfindən idarə olunur.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru