AZAL-ın "Yay kompaniyası" vətəndaşları aldadırmış - FOTOFAKT
25-06-2015, 19:51
Dünən “Azərbaycan Hava Yolları”nın (AZAL) xüsusi “Yay kampaniyası”na başladığı barədə məlumat vermişdik. Məlumatda bildirilirdi ki, aksiya çərçivəsində biletlər 01 iyul 2015-ci ildən 31 avqust 2015-ci ilədək satışda olacaq. Bundan əlavə, Dubaya uçuş və biletlərin satış tarixləri 25 iyun 2015-ci ildən 31 iyul 2015-ci ilədək davam edəcək. Məlumatda həmçinin bildirilirdi ki, uçuşlar 02 iyul 2015-ci ildən 30 sentyabr 2015-ci ilədək həyata keçiriləcək.
FaktXəbər-in məlumatına görə, şirkət təqdim etdiyi siyahıda
- Dubay “gediş-dönüş” cəmi 232 Avro (272 AZN);
- Rostov-na-Donu “gediş-dönüş” cəmi 289 Avro (339 AZN);
- Bişkek “gediş-dönüş” cəmi 339 Avro (398 AZN);
- Paris “gediş-dönüş” cəmi 449 Avro (527 AZN); və sair göstərirdi.
FaktXəbər-in apardığımız araşdırma zamanı bu məlumatların həqiqət olmadığı üzə çıxdı. Belə ki, şirkətin kassasına etdiyi zəng zamanı gediş-gəliş üçün 03-14 iyul tarixlərinə yuxarıda göstərilən istiqamətlər üzrə qiymətlər aşağıdakı kimi dəyişirdi:
- Dubay “gediş-dönüş” cəmi 355 AZN;
- Rostov-na-Donu “gediş-dönüş” cəmi 400 AZN;
- Bişkek “gediş-dönüş” cəmi 474 AZN;
- Paris “gediş-dönüş” cəmi 640 AZN;
Amma məsələ bununla da bitmədi. AZAL-ın rəsmi saytı olan azal.az-da uçuş rezervasiyasında yuxarıda göstərilmiş 4 istiqamət üzrə qiymətlər tamam fərqli idi:
- Dubay “gediş-dönüş” cəmi 272 AZN;
- Rostov-na-Donu “gediş-dönüş” cəmi 374 AZN;
- Bişkek “gediş-dönüş” cəmi 457 AZN;
- Paris “gediş-dönüş” cəmi 616 AZN;
Yəqin ki, şirkət baş verən bu anlaşılmazlığa rəsmi münasibət bildirəcək.