ABŞ donanması Tom Kruzun çəkildiyi "Mission: Impossible 8" üçün aviadaşıyıcı ayırdı

24-05-2025, 16:58           
ABŞ donanması Tom Kruzun çəkildiyi "Mission: Impossible 8" üçün aviadaşıyıcı ayırdı
"Mission: Impossible 8" filminin çəkilişləri üçün ABŞ Hərbi Dəniz Qüvvələri 2009-cu ildən istismarda olan "Nimitz" sinifli "George Bush" adlı atom aviadaşıyıcısını təqdim edib.

Bu barədə "Bloomberg" xəbər yayıb.

Bildirilib ki, filmin bir hissəsi Adriatik dənizində məhz bu aviadaşıyıcının göyərtəsində çəkilib.

Layihə "Paramount Pictures" tərəfindən hazırlanıb.

Pentaqonun bu qərarı ABŞ-nin hərbi gücünü "yumşaq güc", yəni Hollivud vasitəsilə nümayiş etdirmək istəyi ilə izah olunur.

Qeyd edək ki, bu, Pentaqonun film çəkilişlərində ilk iştirakı deyil. Məsələn, "Eagle Eye" filmində "MQ-9 Reaper" tipli pilotsuz uçuş aparatı göstərilmişdi.

ABŞ Müdafiə Nazirliyi çəkiliş üçün iştirak etdiyi filmlərin ssenarilərini əvvəlcədən yoxlayır və hərbi texnika istifadəsinə görə ödəniş alır.

Xatırladaq ki, "Top Gun: Maverick" filmi üçün ABŞ Hərbi Dəniz Qüvvələri "F/A-18 Super Hornet" təyyarələrindən istifadə üçün saatda 11 374 dollar qazanıb.

Qeyd edək ki, rejissoru Kristofer Makkuorri olan "Mission: Impossible 8" filmində baş rollarda Tom Kruz, Heyli Etvell və Saymon Peqq çəkiliblər. Süjetə əsasən, İtan Hant bəşəriyyətə təhlükə yaradan süni intellekti tapmağa çalışır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru