İranlı turistlər Azərbaycana axın edir: Bunu fürsət bilən ev sahibləri qiymətləri bahalaşdırıblar - VİDEO

13-03-2017, 09:36           
İranlı turistlər Azərbaycana axın edir: Bunu fürsət bilən ev sahibləri qiymətləri bahalaşdırıblar - VİDEO
Novruz Bayramı ilə əlaqədar olaraq iranlı turistlərin Bakıya axını başlayır. Məhz bunu fürsət bilən ev sahibləri qiymətləri bahalaşdırıblar. Hətta evini bir günə 100-150 manata təklif edənlər də var.
Hər il olduğu kimi Novruz Bayramı ilə əlaqədar olaraq minlərlə İran vətəndaşının Azərbaycana turist kimi axını gözlənilir. Onların bir qismi isə artıq bakıdadır. Turistlərin gəlməsi isə kirayə evlərə olan tələbatı artırıb. Mənzillərini kirayə verən şəxslər bildirir ki, kirayə evlər təxminən bir həftə 10 gün müddətində Bakıda qalmaq istəyən İranlı turistlər üçün əlverişlidir. Onların kirayə evlərdə qalması elə ev sahiblərinin də ürəyincədir.
Ancaq bəzi ev kirayə verənlər isə düşünür ki, ev sahibləri bəzən İranlı turistlərə o qədər yüksək məbləğ deyirlər ki, bu da onları kirayə evlərdə qalmaqdan uzaqlaşdırır.
Mütəxəssislər bildirir ki, ev sahibləri əslində normal qiymət desələr İranlılar otellərdən çox evlərə üstünlük verərlər. Ancaq bəzən qiymətlərin həddən artıq və əsassız şişirdilməsi onları əlavə gəlirdən məhrum edə bilər. Bundan başqa İranlı turistlərə ev verərkən onları aldatmamaq və inam yaratmaq da əsas şərtlərdən biridir. Çünki əgər hansısa kirayə evdə qiymət məsələsində ya da evin şəraiti ilə bağlı aldadıldığını düşünən turistlər növbəti dəfə bu mənzillərə üz tutmayacaqlar.
teref.az xəzər xəbərə istinadən videonu təqdim edir:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru