Masallıda ziyalılar toplandı: "İcra başçısının yarıtmaz fəaliyyəti..."

14-03-2017, 09:05           

Masallı Ziyalıları İctimai Birliyi martın 8-də rayondakı durumla bağlı toplantı keçiriblər.

Toplantı iştirakçılarının verdiyi məlumata görə, onlar toplantıda bir çox məsələləri müzakirə ediblər: "Rayondakı acınacaqlı, dözülməz durumu, həmçinin icra başçısı Rafil Hüseynovun və aparatının yarıtmaz fəlaiyyətini müzakirə etdik. Eyni zamanda respublikada baş verənlərlə bağlı müzakirələr aparaq, konkret tədbirlər həyata keçirmək barədə qərar qəbul edildi".

Ziyalılar bilriyinin üzvləri həmçinin tədbirlərin davamlı olduğunu, hətta icazəli aksiyaların keçirilməsini də istisna etməyiblər: "Yaxın günlərdə rayonda baş verənlərlə bağlı Konstitusiyanın verdiyi hüquqlardan yararlanaraq, etiraz tədbirləri həyata keçirməklə bağlı daha geniş tərkibdə toplantı keçirmək nəzərdə tutulub".

Masallı rayon İcra Hakimiyyətindən isə məsələyə şərh verilməyib.

(Mənbə:Arqument.az)














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru