Avropa Oyunlarının bağlanış mərasimi 140 milyon manata başa gələcək
28-06-2015, 00:19
“Bakı-2015” I Avropa Oyunlarının təntənəli bağlanış mərasimi dövlət büdcəsinə 140 milyon manata başa gələcək.
Moderator.az saytı xəbər verir ki, bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.
A.Rəhimov Rusiyanın TASS agentliyinə müsahibəsində bildirib ki, Avropa Oyunlarının bütün büdcəsi planda nəzərdə tutulmamış xərclərlə birgə 1,174 milyard manat (1,12 milyard dollar) təşkil edib.
Qeyd edək ki, I Avropa Oyunlarının iyunun 28-də Bakı Olimpiya Stadionunda keçiriləcək.