"TikTok"er xanımlar həbs edildi

27-12-2024, 18:06           
"TikTok"er xanımlar həbs edildi
Polisin sosial şəbəkələrdə əxlaqsızlığın təbliğinə qarşı keçirdiyi əməliyyatla saxlanılan tiktoker xanımlar Zəhra Abbasova və Tamilla Mehdiyeva da həbs ediliblər.

Ölkə.az xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə hər iki xanım tiktoker Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə təqsirli bilinərək barələrində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, “TikTok” əməliyyatının istintaqı Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru