MAZIXDA CIZIĞINDAN ÇIXAN KİMDİR? - NARAZILIQ VAR...
Dünən, 18:48
Regionlarda vətəndaşların şikayətlərini dinləməyən,onların haqlı şikayətlərini 'qulaqardına"vuran yerli məmurların yarıtmaz fəaliyyəti ciddi etirazlara səbəb olur.
Zaqatalanın Mazıx kəndinin sakinlərinin də məmur sarıdan bəxtləri gətirməyib.Redaksiyamıza müraciət edən sakinlər təmsil olunduqları regionda problemlərini həll edəcək dövlət qurumu,onları dinləyəcək məmur tapa bilmirlər.Kənd sakinləri bildirirlər ki,onlara məxsus əkin sahələrinin ətrafı"zibil poliqonuna"çevrilib.Ümumşəhər zibilxanası sakinləri sözün həqiqi mənasında"zibilə"salıb.Kimyəvi tullantılar,mənşəyi bəlli olmayan zəhərli maddələr gündəlik olaraq bu zibilxanaya daşınır və açıq havada saxlanılır.Üfunət iyi pəncərələrimizdən evimizə daxil olur.Bu azmış kimi,zibilliklər genişləndikcə onları yandırmaq məcburiyyətində qalırlar.Əsl dəhşət bu zaman yaşanır.Ətrafdakı əkin sahələrimiz və kəndin yaşayış sahələri yanğından sonra əmələ gələn naməlum qara təbəqə ilə örtülür.COP29 kimi beynəlxalq ekoloji tədbirə ev sahibliyi edən ölkəmizdə belə halların baş verməsi heç də ürəkaçan hal deyil.Rayon rəhbərliyi və aidiyyatı qurumlar baş verənləri seyr etməklə işlərini bitmiş hesab edirlər.Acınacaqlı vəziyyət sakinlərin haqlı narazılığına səbəb olur.
Məlumat üçün bildirək ki,rayon rəhbərliyinin problemə etinasız yanaşması vətəndaşları dövlət başçısına müraciət etməyə vadar edib.Ümid edirik ki,bundan sonra kənd sakinlərinin problemi həll olunacaq.
Stimulxeber.az