Valeri Zalujni Azərbaycanın Britaniyadakı səfirliyini ziyarət edib

Dünən, 12:39           
Valeri Zalujni Azərbaycanın Britaniyadakı səfirliyini ziyarət edib
Ukraynanın Böyük Britaniyadakı səfiri Valeri Zalujni AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Azərbaycan səfirliyini ziyarət edib.

Bu barədə səfir sosial media hesabında paylaşım edib.

Diplomat Azərbaycan səfirliyində açılan xatirə kitabına başsağlığı yazıb.

“İnsan həyatına son qoyan J28243 reysinin faciəsi ilə bağlı dərin hüznümü və Azərbaycan xalqı ilə həmrəy olduğumu bildirmək istəyirəm. Fikirlərim bu dəhşətli itkidən əziyyət çəkənlərin: həlak olanların ailələri, yaxınlarını itirənlər və bu ağrıya dözən Azərbaycan xalqının yanındadır” , – səfir qeyd edib.

Səfir bildirib ki, Ukrayna bu çətin zamanda Azərbaycanın yanındadır: “İtkini yüngülləşdirə biləcək söz tapmaq çətindir, amma bilməyinizi istəyirəm ki, Ukrayna kədərinizi bölüşür. Bu çətin zamanda biz sizinləyik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.