Kolbasa alarkən diqqətli olun

8-05-2017, 09:31           

Son günlərdə bəzi sexlərdə xeyli at əti aşkarlanıb. Bu məsələ də at bazarına diqqəti artırıb.

Araşdırmalar zamanı məlum olub ki, bu heyvanların satışında canlanma var. Qiyməti də xeyli artıb. Satıcılar isə bildirirlər ki, hətta bazarlardan kəsim üçün alınan atlar da var.

Kolbasa sexlərində tez-tez at ətlərinin aşkarlanması ilə yanaşı bu heyvanların satışında da canlanma müşahidə edilir...

Ağdaşda əvvəllər 100-400 manat arasında satılan atlar indi 400-1500 manata təklif edilir. Satıcılar deyilir ki, ucuz atları əsasən ətlik adı ilə alıb aparırlar.

Atların qiymətinin artmasını iri və xırdabuynuzlu heyvanların bahalaşması ilə də əlaqələndirirlər.

Qazaxda da atların qiymətində xeyli artım var. Burada da həm alıcılar, həm də satıcılar ətlik üçün at alındığını təsdiqləyirlər.

Bərdədəki at bazarında da canlanma var.Burda da qiymətlər 150-200 manatadək artıb. Bununla yanaşı kənd təsərrüfatında istifadə etmək üçün alınan atlarda var. Ən baha qiymətə satılanlar isə sürətli gedən atlardır.( Xəzər Xəbər)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru