Broylerlə bağlı inanılmaz gerçək ortaya çıxdı

5-06-2017, 08:06           
Broylerlə bağlı inanılmaz gerçək ortaya çıxdı
1957, 1978 və 2005-ci illər arasında yetişdirilən 3 toyuğun ağırlıqlarının həddindən artıq fərqli olması hər kəsi təəccübləndirib. Geni dəyişdirilmiş bir toyuğun 2005-ci ildə 4 kiloqram ağırlıqda olduğu ortaya çıxıb. 1957-ci ildə isə bu, 905 qram olub.

Metbuat.az bildirir ki, kanadalı "Poultry Science” elm qurumunun apardığı araşdırma çərçivəsində 1957, 1978 və 2005-ci illərdə 3 fərqli toyuq yetişdirilib. Yetişdirilən toyuqlara əlavə heç bir hormon və ya qida verilməyib. Üçü də eyni yeməyi günün eyni zamanlarında yeyiblər.

1957-ci ildə yumurtadan yeni çıxan cücə toyuq olana qədər keçirdiyi müddətdə 905 qram ağırlığa çatıb. 1978-ci ildə eyni cücə toyuq olana qədər 1 kiloqram 808 qram çəki yığıb. 2005-ci ildə isə cücə toyuq olana qədər keçən müddətdə 4 kiloqram 202 qram ağırlığa çatıb.

Mütəxəssislərin fikrincə, bu illər ərzində toyuqların genlərini onların daha ağır olmaları istiqamətində dəyişdiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru