DEPUTATDAN AEROPORTDAKI TAKSİ SÜRÜCÜLƏRİNƏ VƏ TƏHLÜKƏSİZLİK XİDMƏTİNƏ ETİRAZ…

19-06-2017, 23:12           

Asim Mollazada:”Bu cür dələduzluqlar ölkənin imicinə böyük xələl gətirir”

“Hava limanında taksi sürücülərinin əcnəbi müştərini aldatması sürücünün özbaşınalığı və ya aeroportun çıxışında təhlükəsizlik sisteminin düzgün işləməməsidir”.


Bunu Sherg.az-a millət vəkili Asim Mollazadə deyib.

O bildirib ki, hər şey nəzarət altında olmalı, kameralarla izlənməlidir:

“Mən bu halları kifayət qədər təhlükəli hesab edirəm. İş rejimi təkmilləşməlidir. Belə dələduz sürücülər hər hansı cinayətkar qruplarla da əlaqəli ola bilərlər. Ona görə də dayanacaqlarda islahat aparılmalı, bu cür dələduzlar aeroport xidmətindən uzaqlaşdırılmalıdır.

Bunun olmamağı onu göstərir ki, müəyyən bir dələduzluq şəbəkəsi var. Təəssüf ki, keçmiş SSRİ ölkələrində bunlara daha çox rast gəlinir. Nəzarət, idarəetmə olmayan yerlərdə belə hallar artır. Bu cür dələduzluqlar ölkənin imicinə böyük xələl gətirir”.

Qeyd edək ki, azərbaycanlı taksi sürücüsü Çilidən olan jurnalist Dieqo Saes Miranda Domodedovonu hava limanında qarşılayıb və qalacağı otelə aparıb. Daha sonra isə sürücü gedişhaqqı kimi ondan 50 min rubl (1500 AZN) pul alıb. Aldadıldığını başa düşən jurnalist polisə müraciət edib və nəticədə sürücü pulu qaytararaq üzr istəyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.