BAŞ HƏKİMDƏN KREDİTLƏ SÜNNƏT TƏKLİFİ: “6 AYA 100 MANAT ÖDƏ”

26-06-2017, 21:25           
BAŞ HƏKİMDƏN KREDİTLƏ SÜNNƏT TƏKLİFİ: “6 AYA 100 MANAT ÖDƏ”
Tez-tez iş yerini dəyişən tanınmış həkim Rafik Dəmirçalov yenidən Leyla Şıxlinskayanın klinikasına baş həkim təyin olunub. Bu barədə o, öz “Feysbuk” səhifəsində yazıb. Son günlər Rafik Dəmirçalovun sosial şəbəkələrdə olan səhifəsində rəhbər təyin edildiyi klinikada edilən cərrahiyyə əməliyyatları və başqa tibbi xidmətlərə endirim edilməsi, hətta kredit təklifilə bağlı reklam xarakterli mətnlər paylaşılır. Baş həkimin paylaşımlarından sitat:
” Qayıdan kimi bütün əməliyyatlara 50% endirim etdim və kredit imkanları yaratdım. Özümün etdiyim bu əməliyyatları indi ucuz və kreditlə edə bilərsiniz”.
Azinforum.az qeyd edir ki, baş həkimin kreditlə bağlı verdiyi elanın sırasında sünnət əməliyyatı da var. Dəmirçalov qiyməti 100 manat olan sünnətlə bağlı ödəməni 6 ay kreditlə təklif edir.
SƏBUHİ
Azinforum.az














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru