“Absheron City”dən daha bir fırıldaq - ŞİKAYƏT

12-07-2017, 21:28           
“Absheron City”dən daha bir fırıldaq - ŞİKAYƏT
Xırdalanda yerləşən “Absheron City” Yaşayış Kompleksində bəzi sakinlərin elektrik enerjisi ilə təminatı qanunsuz olaraq dayandırılıb.

Bu barədə “Qafqazinfo”ya bina sakini Nicat Abdullayev məlumat verib. O qeyd edib ki, mənzili 2016-cı ilin aprelində alıb:

“Amma həmin evdə 2016-cı ilin noyabr ayından yaşamağa başlamışam. Lakin MTK mənə aprel ayından başlayaraq borc hesablayıb və indi də həmin borcu ödəməyi tələb edir. Sosial vəziyyətimin nəzərə alınmasını xahiş etsəm də, buna məhəl qoyan yoxdur. Bu səhər pulu yığan şəxsə, “komendata” pulumu bölməyi təklif etdim. Onlar gülərək dedilər ki, 10 AZN nə puldu ki?”

N. Abdullayev əlavə edib ki, problemlə bağlı həm Abşeron Rayon İcra Hakimiyyətinə, həm də “Azərişıq” ASC-yə məlumat verib:

“Hər iki qurum MTK-nın bu qanunsuz hərəkətinə qarşı çarəsiz olduqlarını dedilər. Hətta mənə məhkəməyə müraciət etməyi də məsləhət gördülər. MTK-da bütün sakinlərin elektrik sayğacı qıfılla bağlanılmış yerdə saxlanılır. Sakinlərin sayğacla təması bu yolla tamamilə kəsilib”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru