Bankların ağır vəziyyəti kreditlərin kəskin azalmasına səbəb olub

13-07-2017, 09:07           
Bankların ağır vəziyyəti kreditlərin kəskin azalmasına səbəb olub
2017-ci ilin may ayında Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən müştərilərə verilən kreditlərin həcmi azalıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistika göstərir ki, may ayının 31-nə bankların müştərilərə verdiyi kreditlərin məbləği 14 mlrd. 378,6 mln. manat təşkil edib ki, bu da mayın 1-ə olan göstərici ilə müqayisədə 655,4 mln. manat və ya 4,36% azalma deməkdir.

Ümumiyyətlə, ilin əvvəlindən bankların müştərilərə verdiyi kreditlərin həcmi 1 mlrd. 559,7 mln. manat azalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru