Yazıçı öz əsərinin qəhrəmanı kimi intihar etdi: İNANILMAZ

13-07-2017, 10:58           

Fransalı yazıçı Jan Mişel Lamberin öz mənzilində ölmüş halda tapılıb.

PRESSDAY.az xarici mediaya istinadən xəbər verir ki, o, başına keçirdiyi plastik paketi qalstukla bağlayıb.

Polis zorakılıq izləri aşkar etməyib.

Onun çapa hazırlanan son romanında qəhrəmalarından biri anoloji üsulla intihar edir.

Bundan əlavə, qəhrəmanın xarici görünüşündə Lamberin özü ilə xeyli oxşarlıqlar var.

Hər ikisinin digər oxşarlığı isə ondan ibarətdir ki, kitabın qəhrəmanı keçmiş müstəntiq, Lamber isə keçmiş hakimdir.

Müəlliflə qəhrəmanın soyadlarının səslənməsindəki ahəngi də qeyd etmək olar: Lamberin kitabının qəhrəmanının soyadı Şaberdir. Lakin uydurma personaj ölümündən əvvəl məktub yazıb.

“Professor Şaber ötən gecə öz kabinetində ölüb. Meyitini onun həmkarları aşkar ediblər. Başına plastik paket keçirilib. Kreslonun altında boş viski şüşəsi vardı”, - əsərdə qeyd edilir.

Polis yazıçının müəmmalı ölümü ilə bağlı araşdırma aparır. Ancaq hüquq-mühafizə orqanlarının əməkdaşları intihar versiyasına şübhə etmirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru