“İmarət” DİN-ə müraciət edəcək – AÇIQLAMA

14-07-2017, 00:01           

“Əvvəlcədən razılaşmışdıq ki, bizim banerlərimizə icazə verməsələr, oyunu tərk edəcəyik”

Bunu Femida.az-a açıqlamasında "İmarət" Azad Azarkeş qrupu idarə heyətinin üzvü Elnur Quliyev deyib.

Elnur Quliyev bildirdi ki, plakatın stadiona keçirilməsinə polis heç bir müdaxilə etməyib:

“Əvvəlcədən planlaşdırmışdıq ki, Erməni silahlı qüvvələri tərəfindən qətlə yetirilən 2 yaşlı Zəhra ilə bağlı plakat hazırlayaq. Plakatı stadiona keçirməzdən əvvəl heç bir qurumdan, şəxsdən icazə almamışdıq. Plakatın üzərində ingilis dilində “Tökdüyünüz hər damcı qana görə cavab verəcəksiniz!” şüarı yazılmışdı. Avropaya, dünyaya Zəhra ilə bağlı mesaj vermək istəyirdik. Plakatı heç bir maneə olmadan qapalı şəkildə içəri keçirdik.Əvvəlcədən razılaşmışdıq ki, bizim banerlərimizə icazə verməsələr, oyunu tərk edəcəyik”.

Elnur Quliyev sözügedən hadisələrlə bağlı azarkeş qrupu olaraq Daxili İşlər Nazirliyinə müraciət edəcəklərini vurğuladı:

“Hər şeyi öz vəsaitimiz hesabına edirik. Biletləri belə öz pulumuzla alırıq. Dəfələrlə xaricdən gələn azarkeşləri Şəhidlər Xiyabanına apararaq onlara Qarabağ haqqında düzgün məlumatları çatdırmışıq. Biz Qarabağ Futbol Klubuna bağlı azarkeş qrupuyuq. Adımızın başqa insanlarla birlikdə hallandırılması düzgün deyil. Buna görə də son hadisələrlə bağlı ”.


Qeyd edək ki, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda “Qarabağ” – “Samtredia” oyununda xoşagəlməz məqam olub. Belə ki, qarşılaşmanın gedişində “İmarət” azarkeş qrupu tribunada bir həftə öncə erməni hərbçilər tərəfindən qətlə yetirilən 2 yaşlı Zəhra ilə bağlı pankart açmaq istəsə də, polis buna icazə verməyib. Buna etiraz edən azarkeşlər tribunanı tərk edib.

Daxili İşlər Nazirliyinin bu gün yaydığı rəsmi məlumatda bildirilir ki, sözügedən plakatla yanaşı, digər siyasi məzmunlu şüar və plakatları daşıyan bəzi dırnaqarası azarkeşlərin də stadiona daxil olmalarının qarşısını alıblar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.