15 İyul ,general-leytenant , krım-tatar dövlət xadimi, Azərbaycan Cümhuriyyəti ordusunun Baş Ərkani-hərb (Baş qərargah) rəisi Süleyman bəy Sulkeviçin vəfatı günüdür .
14-07-2017, 23:04
15 İyul ,general-leytenant , krım-tatar dövlət xadimi, Azərbaycan Cümhuriyyəti ordusunun Baş Ərkani-hərb (Baş qərargah) rəisi Süleyman bəy Sulkeviçin vəfatı günüdür . Məmməd Əmin Rəsulzadə öz kitabında Süleyman bəy Sulkeviçin həyatının son dəqiqələri haqqında belə yazır : ,, Onunla birlikdə olan Mehmet Əli bəy deyirdi: "Generala çekistlərin arxasınca getməyi əmr etdilər. Biz başa düşdük ki, onun ölüm anı çatıb. Biz onun gözlərinə baxmağa cürət etmirdik, lazımi söz tapa bilmirdik. General Sulkeviç özü bizi qabaqladı və sakit, amma inamlı səslə, heç vaxt yaddan çıxarmayacağım sözləri dedi: "Xoşbəxtəm ki, müsəlman ordusunun əsgəri kimi ölürəm. Əlvida!" Tanrı ruhunu şad etsin!