Şəhidin də yiyəsi olmalıdır: Sabah ilidir, amma unudulub
15-07-2017, 00:58

Kapitan Toğrul Məmmədov 2016-cı ilin iyulun 14-ü Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub. İyulun 15-i isə Toğrul Məmmədov doğulduğu Babək rayonunun Şıxmahmud kəndində dəfn edilib.
Sabah bu torpaq uğrunda canını fəda etmiş şəhidin il mərasimi keçirilməlidir. Lakin ata-anası vəfat edən Toğrul Məmmədovun il mərasiminin keçirilməsi heç kimin yadına düşmür. Bu barədə “Əsgər ailələrinə dəstək ictimai Birliyi“nin sədri Mətanət Əsgərqızı öz facebook səhifəsində yazıb.
“Rahatlıq tapa bilmirəm. Görünür şəhidin belə yiyəsi olmalıdı. Şəhidimiz Toğrul Məmmədovun valideynləri dünyalarını dəyişiblər. Bir bacısı və bir qardaşı var. Uzun zamandı onunla bağlı bəzi məsələləri ictimailəşdiriəm. Bzə çatan məlumata görə Naxçıvan rəhbərliyinə göndərilən məktublar ona çatmır. Məktubumuz görünür Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri cənab Vasif Talıbova çatmadı. Biz şəhidimiz Toğril Məmmədovun ilinin 15 iyul tarixdə olacağını demişdik. Babək Rayon İcra Hakimiyyətinin başçısı və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Xidmətin Babək rayon İdarəsinin rəisi anlamalıdılar ki, Toğrul Məmmədov kimi qəhrəmanların hesabına o məqamlarda rahat oturublar.Şəhidin il mərasiminin keçirilməsi üçün ailə aciz durumdadı. Bu ailəyə heç bir diqqət göstərilmir. GÖRƏSƏN NİYƏ??? İndicə şəhidimizin qardaşı Üzeyir Məmmədovla telefon əlaqəsi saxladım. Dedi ki, dəfələrlə başçının Rasim Hüseynovun, müavininin də qəbulunda oldum. Deyirlər ki, il mərasiminin keçirilməsi üçün bizə heç bir göstəriş verilməyib. Görəsən doğrudanmı cənab İlham Əliyev, birinci vitse-prezident xanım Mehriban Əliyeva, cənab Vasif Talıbov göstəriş verilməlidilər? Mənə belə gəlir ki, bu məmurların vəzifələri ilə vidalaşmalarının zamanı çatıb. Əgər ölkə rəhbərləri şəhidə, döyüşçüyə diqqət və qayğı göstərirlərsə belələrinin haqqı nədi ki, sayğısızlıq etsinlər.Dostlar, İctimailəşdirin, bəlkə nəhayət məsələ həllini tapa.
Haradasız, Naxçıvandan olan iş adamları???“

