Tarif Şurasının bəzi qərarları ləğv edildi

15-07-2017, 08:01           
Tarif Şurasının bəzi qərarları ləğv edildi
Bu gün Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.

Tarif Şurasının Katibliyindən teref.az-ya verilən məlumata görə, iclasda Nazirlər Kabinetinin 2016-cı il 17 mart tarixli qərarına əsasən, dəmir yolları ilə ölkədaxili və beynəlxalq yük və sərnişin daşıma xidmətlərinin tariflərinin müəyyən edilməsinin “Azərbaycan Dəmir Yolları” QSC-nin fəaliyyət istiqamətlərinə aid edildiyi və Nazirlər Kabinetinin 2016-cı il 28 yanvar tarixli qərarına əsasən, dəmir yolları ilə yük və sərnişin daşıma xidmətlərinin, tarifləri dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısından çıxarıldığı nəzərə alınaraq, şuranın bu sahədə olan müvafiq qərarları ləğv edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.