Rüfət Aslanlı nə qədər maaş alır? – Açıqlama

15-07-2017, 15:45           
Rüfət Aslanlı nə qədər maaş alır? – Açıqlama
Bu cür məlumatlar həqiqəti əks etdirmir. Bu səbəbdən şərhə ehtiyac görmürük.

Bu sözlər Axar.az-ın sorğusuna Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən cavabda əksini tapıb. Palata rəhbərliyinin aylıq əməkhaqları ilə bağlı yayılan qeyri-rəsmi xəbərlərə Palatanın cavabında bildirilib ki, bunun həqiqət olmasına inanmaq özü sadəlövhlükdür.

Palatadan rəsmi maaşlarla bağlı rəqəmlər isə açıqlanmayıb.

Qeyd edək ki, mətbuatda Palatanının Direktorlar Şurasının sədri Rüfət Aslanlının 65 min manat, müavinlərinin hər birinin 38000 və s. aylıq maaş aldığı barədə qeyri-rəsmi məlumat yayılıb. Bu məlumatların ardınca açıqlanan rəqəmlərin həqiqətə bənzəmədiyini vurğulayan iqtisadçı ekspertlər Palatanın rəsmi açıqlama verməsinin və real rəqəmləri elan etməsinin şayiələrin qarşısını almaq üçün ən yaxşı yol olduğu haqda sosial şəbəkədən münasibət bildiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru