Azərbaycanın rayonlarında illik inflyasiya faizi açıqlanıb - RƏQƏMLƏR

15-07-2017, 21:43           
Azərbaycanın rayonlarında illik inflyasiya faizi açıqlanıb - RƏQƏMLƏR
Cari ilin yanvar-iyun aylarında Azərbaycanın bəzi rayon və şəhərlərində illik inflyasiya 20%-i keçib. İstehlak məhsulları və xidmətlərin qiymət artımı Xaçmaz rayonunda 26,2%, Saatlı rayonunda 24,6%, Lənkəran şəhərində 21,0%, Qəbələ rayonunda 20,9%, Şəmkir, Daşkəsən rayonlarında 20,5% və İmişli rayonunda 20,0%, təşkil edib.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Ərzaq məhsulları, içki və tütün qiymətlərində ən çox illik artım Qəbələ rayonu (31,5%), Xaçmaz rayonu(34,0%), Ağcabədi rayonu(31,0%), İmişli rayonu(35,2%), Saatlı rayonunda(32%) baş verib.
Statistikaya əsasən cari ilin iyun ayında rayon və şəhərlərdən yalnız Şamaxı rayonunda aylıq inflyasiya (0,1%) qeydə alınıb. Digər rayonlarda isə deflyasiya müşahidə olunub.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanda istehlak məhsulları və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,9%, o cümlədən ərzaq məhsullarının qiymətləri 18,1%, qeyri-ərzaq məhsullarının qiymətləri 12,4%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,4% artıb.
Cari ilin iyun ayında may ayına nisbətən istehlak məhsullarının və xidmətləri 1,0%, o cümlədən ərzaq məhsulları 2,5% ucuzlaşıb, qeyri-ərzaq məhsulları və əhaliyə göstərilən ödənişli xidmətləri isə 0,1% bahalaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru